AZ

İki il sonra Cənubi Koreyada təşkil olunacaq Universiada ilə bağlı mətbuat konfransı keçirilib

Essen, 25 iyul, AZƏRTAC

Cənubi Koreyanın 2027-ci ildə ev sahibliyi edəcəyi Ümumdünya Yay Universiadası ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Almaniyanın Essen şəhərindəki media mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Asiya ölkəsində keçiriləcək yarışın tanıtım videosu yayımlanıb.

Daha sonra Universiadanın Təşkilat Komitəsinin prezidenti Kan Çanhi və vitse-prezident Li Çanseob yarış barədə məlumat veriblər. Bildirilib ki, "Səninlə, ürəklə" (With you, with heart") şüarı altında təşkil olunacaq yarışa Cənubi Koreyanın 4 şəhəri ev sahibliyi edəcək. 2027-ci il avqustun 1-dən 12-dək Çunqçonq vilayətində keçiriləcək tələbə oyunlarında 18 idman növü (idman gimnastikası və bədii gimnastika, oxatma, avarçəkmə, cüdo, atletika, badminton, basketbol, suya tullanma, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu, çimərlik voleybolu və qolf) üzrə mübarizə baş tutacaq.

Sonda təşkilatçılar jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Seçilən
34
azertag.az

1Mənbələr