AZ

Şamaxıda "Mercedes" ana və qızını vurdu - FOTO

Şamaxı rayonu ərazisində iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb. 99-ET-249 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən piyadaları - 46 yaşlı Kəmalə Rəfiyevanı və onun qızı, 18 yaşlı Leyla Rəfizadəni vurub. Müxtəlif dərəcəli ağır xəsarətləri alan piyadalar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
65
5
modern.az

5Mənbələr