AZ

Luis Suares Portuqaliya klubu ilə anlaşdı

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliyanın “Sportinq” klubu heyətini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda İspaniya “Almeriya”sının forvardı Luis Suaresin transferi ilə bağlı razılığa gəlib. Lissabon klubu 27 yaşlı kolumbiyalı üçün 25 milyon avro ödəyəcək.

“Almeriya” həmçinin oyunçunun gələcək satış məbləğinin 10 faizini alacaq. “Transfermarkt” portalı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə Suares bütün yarışlarda 43 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
1
idmanxeber.az

2Mənbələr