İngiltərənin gənc hücumçusu Cessi Derri karyerasını "Çelsi" klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, "Çelsi" və "Kristal Pelas" klubları 18 yaşlı futbolçunun transferi ilə bağlı artıq razılığa gəliblər. Gənc hücumçunun cümə günü Almaniyada tibbi müayinədən keçəcəyi və bundan sonra "zadəganlar"la rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Derri 2024/25 mövsümündə "Kristal Pelas"ın heyətində bütün turnirlər üzrə 20 oyuna çıxaraq 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun gələcəkdə "Çelsi"nin əsas heyətində mühüm rol oynaması gözlənilir.