AZ

İştahaçan “Komediyaçı” - Kattelanın bananı yenə yeyildi

Məşhur italyan konseptual sənətçisi Maurisio Kattelanın banandan ibarət “Komediyaçı” əsəri növbəti dəfə ziyarətçinin "iştahasına" tuş gəlib.

Kulis.az xəbər verir ki, hadisə Fransanın şərqində yerləşən "Centre Pompidou-Metz" muzeyində baş verib.

Mühafizəçilər insidentə cəldvə sakit şəkildə müdaxilə ediblər.

Muzeyin açıqlamasında bildirilib ki, banan bir neçə dəqiqə sonra yenidən yerinə yapışdırılıb.

Qeyd edək ki, “Komediyaçı” əsəri 2019-cu ildə Art Basel Miami sərgisində ilk dəfə təqdim olunub və 120 min dollara satılıb.

Seçilən
66
3
kulis.az

4Mənbələr