AZ

Ukrayna dron əleyhinə vasitələrin istehsalına başladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dron əleyhinə vasitələrin istehsalına başlanıldığını və bu sahəyə 6 milyard dollar həcmində investisiya yatırıldığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, V.Zelenski bunu jurnalistlərlə söhbəti zamanı deyib.

 

"Dron əleyhinə vasitələrin istehsalı başlayıb. Müsbət və mənfi tərəflər var", - o bildirib.

 

Onun sözlərinə görə, ümumi investisiya həcmi 6 milyard dollar təşkil edir.

Seçilən
57
11
senzor.az

10Mənbələr