AZ

Fransa Əlcəzair diplomatlarının hava limanlarına girişini məhdudlaşdırır

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Əlcəzair səfirliyinin əməkdaşlarının diplomatik poçtların qəbulu üçün nəzərdə tutulmuş hava limanlarındakı zonalara girişini məhdudlaşdırıb.

525.az xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda Parisin hərəkətlərinə cavab olaraq ölkənin əks tədbirlər görməyə qərar verdiyi bildirilib.

“Xarici İşlər Nazirliyi Əlcəzairin Fransadakı səfirliyinin akkreditə olunmuş əməkdaşlarının Paris hava limanlarında diplomatik poçtun qəbulu üçün nəzərdə tutulmuş zonalara girişini məhdudlaşdırmaq üçün görülən tədbirlərdən ciddi narahatdır. Bu vəziyyəti nəzərə alaraq Əlcəzair dərhal və qəti şəkildə qarşılıqlılıq prinsipini tətbiq etmək qərarına gəlib”, - bəyanatda deyilir.

Həmçinin Əlcəzair səfiri Fransa XİN-ə çağrılıb. Söhbətdən sonra Fransa Daxili İşlər Nazirliyi XİN ilə məsləhətləşmədən və diplomatik praktikanın tələb etdiyi kimi Əlcəzairə rəsmi bildiriş göndərmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Əlcəzair XİN xatırladıb ki, bu cür tədbirlər Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının birbaşa pozulmasıdır. Qeyd olunub ki, Fransaya qarşı BMT-yə müraciət də daxil olmaqla, müvafiq hüquqi vasitələrdən istifadə edə bilərlər.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr