Rusiyanın Saratov vilayətində yerləşən 10 mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb.
Ölənlərin arasında uşaqların da olduğu qeyd olunub.
Binanın dağılmaq təhlükəsi olduğundan sakinlər təxliyə edilir.
***
Saratovdakı partlayışda 4 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.