AZ

Universiada: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb VİDEO

Essen, 25 iyul, AZƏRTAC

Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda macarıstanlı Gergeli Nerpellə qarşılaşıb.

Rəqibini ipponla məğlub edən E.Hacıyev qızıl medal uğrunda qarşılaşmada Cənubi koreyalı Kim Minje ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.

 

Seçilən
14
6
azertag.az

7Mənbələr