AZ

“Siti” 40 milyona qapıçı alır

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

22 yaşlı ingilis qapıçı Ceyms Trafford “Bernli”dən “Mançester Siti”yə keçəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, transferin qiyməti 40 milyon funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, Ceyms Trafford 2023-cü ildə “Bernli”yə “Mançester Siti”dən transfer olunmuşdu.

Onun qayıdışı Mançester komandasının kataloniyalı baş məşqçisi Xosep Qvardiolanın təşəbbüsü ilə olub.

Trafford ötən mövsüm Çempionşipdə 45 oyuna çıxıb, 29-da qapını təmiz saxlayıb. Ceyms Trafford həm də İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
104
yeniavaz.com

1Mənbələr