İstanbulda Britaniya, Almaniya və Fransa nümayəndələri ilə aparılan danışıqlar ətraflı və səmimi keçib.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
Diplomat deyib ki, tərəflər nüvə proqramı ilə bağlı problemləri həll etmək üçün danışıqlara davam etmək barədə razılığa gəliblər.
"Hər iki tərəf görüşə konkret təkliflərlə gəlib və mövzular yaxşı müzakirə olunub",- o qeyd edib.