AZ

"Makrondan tarixi qərar: Fransa Fələstin dövlətini tanıyır" - "Anadolu Ajansı"

"Yaxın Şərqdə davamlı sülhə aparan yol ancaq ədalət və qarşılıqlı tanınmadan keçir..."

Fransa prezidenti Emmanuel Makron sentyabr ayında BMT Baş Assambleyasında rəsmi şəkildə Fələstin dövlətini tanıyacağını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.

Sülh, humanitar yardım və təhlükəsizlik

Məlumatda deyilir ki, bu qərar təkcə rəmzi jest deyil, eyni zamanda beynəlxalq hüquqa və iki dövlətli həll prinsipinə verilmiş aydın və prinsipial bir dəstəkdir. Makron bu qərarı Yaxın Şərqdə ədalətli və dayanıqlı sülhə sadiqliyin təzahürü kimi təqdim edir. 

Makron həmçinin bildirib ki, bu qərar Qəzzada atəşkəsin əldə olunması, girovların azad edilməsi və bölgəyə humanitar yardımın çatdırılması çağırışları ilə birgə səslənəcək. O, eyni zamanda HƏMAS-ın silahsızlaşdırılmasının və İsrailin təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib. Bu, balanslı və hər iki tərəfin təhlükəsizliyinə yönəlmiş bir yanaşmadır.

Vaşinqton və Təl-Əvivdən sərt reaksiya

Makronun bu qərarı dərhal ABŞ və İsrailin sərt tənqidləri ilə qarşılaşıb. İsrailin baş naziri Benyamin Netanyahu bu addımı "terrora təşviq" və "İranın bölgədəki yeni peyki" kimi qiymətləndirib. ABŞ Dövlət katibi isə qərarı "düşünülməmiş və təhlükəli" adlandırıb və bunun guya HƏMAS-a fayda verdiyini, "7 oktyabr qurbanlarına qarşı hörmətsizlik" olduğunu iddia edib. Eyni zamanda, ABŞ bu mövzuda keçiriləcək BMT konfransında iştirakdan imtina edib və digər ölkələri də geri çəkilməyə çağırıb.

Avropada dəstək artır, yeni reallıq doğur

Makronun qərarı Avropada yeni dalğa yaradıb. İrlandiya xarici işlər naziri Saymon Harris bu qərarı alqışlayaraq bunu "iki dövlətli həllə aparan yeganə yol" olduğunu bəyan edib. İrlandiya, İspaniya və Norveçin artıq rəsmi şəkildə Fələstini tanıdığı bir vaxtda Fransa kimi böyük bir dövlətin bu qərarı beynəlxalq gündəliyə ciddi təsir göstərə bilər.

Britaniya hökuməti isə hələ tərəddüd içindədir - baş nazir Starmer Fələstin xalqının dövlət qurmaq hüququnu qəbul etsə də, rəsmi addım üçün vaxt müəyyən etməyib. Lakin Fransanın nümunəsi Londonda bu məsələnin daha geniş siyasi debatlara çıxmasına səbəb olub.

Sülh, humanitar yardım və təhlükəsizlik

Makronun mövqeyi yalnız Fransa üçün deyil, bütövlükdə Qərbin Fələstin məsələsinə yanaşmasında dönüş nöqtəsi ola bilər. Fələstini tanımaq qərarı riskli, lakin prinsipial bir addımdır. O, bölgədə davamlı sülhə gedən yolun ancaq ədalət və qarşılıqlı tanınmadan keçdiyini bir daha xatırladır. Bu qərar, illərlə danışılan, lakin reallaşmayan "iki dövlətli həll" ideyasını yenidən gündəmə gətirir və onu reallığa çevirməyə doğru ilk konkret addım kimi tarixə düşə bilər.

Seçilən
73
moderator.az

1Mənbələr