UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Fənərbaxça"nın rəqibi olan "Feyenoord" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Belçikanın "Vesterlo" klubunda çıxış edən Cordan Bosu transfer edib.
Bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 22 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. "Feyenoord" bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Avstraliya millisinin üzvü olan Cordan ötən mövsüm "Vesterlo"nun heyətində çıxış etdiyi 19 rəsmi matçda 4 qol və 3 assistlə yadda qalıb.
"Arsenal" olimpiya çempionunu heyətinə qatıb - RƏSMİ
Portuqaliya millisinin üzvü "Yuventus"da - RƏSMİ
Sabiq “Yunayted”li Çempionşipdə - RƏSMİ
Ekvadorlu müdafiəçi “Milan”da - RƏSMİ
İtaliya millisinin üzvü daha 5 il “Yuventus”da