Bakı. Trend:
23 iyul 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsində “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilkiclası keçirilib. Elmi Şura muzeyin elmi-ekspozisiya, tədqiqat,bərpa və metodiki fəaliyyətinin sistemli təşkili, elmi yanaşmalarıntətbiqi və idarəetmədə keyfiyyətin artırılması məqsədiləyaradılıb.
Trend xəbərverir ki, iclasda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin idarə Heyətini sədri Rüfət Mahmud çıxış edərək ElmiŞuranın yaradılmasının tarixi və mədəni irsin qorunması baxımındanmühüm addım olduğunu bildirib. O, İçərişəhərdə tarixi abidələrinmuzeyləşdirilməsi, “Ağıllı Qoruq” layihəsi, rəqəmsal monitorinqsistemləri, təbii və mədəni irsin qorunması istiqamətində həyatakeçirilən qlobal vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki,elmi fəaliyyət yalnız akademik deyil, eyni zamanda turizm vəictimai maarifləndirmə baxımından da əhəmiyyət daşıyır.
İclasda AMEA-nın və ölkənin aparıcı elmi və muzey qurumlarınınnümayəndələri – AMEA Tarix və Etnologiya İnstitutunun direktoru,professor Kərim Şükürov, Arxeologiya və Antropologiya İnstitutunundirektoru, dosent Fərhad Quliyev, Muzey Sərvətləri və XatirəƏşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova,“İçərişəhər” Muzey Mərkəzinin direktoru Azadə Hüseynova çıxışediblər.
Tədbir çərçivəsində Elmi Şuranın gələcək fəaliyyətistiqamətləri, ekspozisiyaların elmi əsaslarla təşkili, nəşrlər vətədqiqat layihələri müzakirə olunub.