AZ

Yeni şəxsiyyət vəsiqələri belə olacaq - Foto

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişəcək.

Axar.az xatırladır ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə ediləcək. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdiriləcək.

Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.

Eyni zamanda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.

Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Modern.az-a istinadla yeni şəxsiyyət vəsiqələrinin fotosunu təqdim edirik:

1451846

Hazırkı şəxsiyyət vəsiqələri isə belə görünür:

1451847

Seçilən
106
7
axar.az

10Mənbələr