ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Hindistanın Racastan əyalətində məktəbin damı çöküb.
Yerli medianın məlumatına görə, hadisə nəticəsində azı 4 uşaq ölüb, 17-si isə yaralanıb.
Racastan əyalətinin təhsil naziri Madan Dilavar bildirib ki, dam çökərkən içəridə 25-30 uşaq olub. Damın bölgədə yağan güclü yağış səbəbiylə çökmüş ola biləcəyi öyrənilib.
Qeyd edək ki, dağıntılar altında qalanların axtarışı davam edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.