AZ

Elvin Yunuszadə “Karvan”da!

Futbol üzrə Azərbaycan millisinin keçmiş mərkəz müdafiəçisi Elvin Yunuszadə bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Yunuszadə ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi cəlb edilib.

Xatırladaq ki, “Karvan” 2025/2026-cı illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək. Yevlax klubu daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson və Olavale Doyenini də transfer etmişdi. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov və Roman Hüseynov isə Yevlax klubunu tərk ediblər. Yalnız Kamran İbrahimovla yeni müqavilə imzalanıb.

Elvin Yunuszadə geridə qalmış 2024/2025-ci illər mövsümünü “Qəbələ”də keçirib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə burada 22 oyun keçirib. 32 yaşlı futbolçu daha öncə “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şkupi”, “Keşlə”, “Kəpəz”, “İrəvan” kimi klublarda da forma geyinib. Təcrübəli müdafiəçi vaxtilə Azərbaycan millisində də 3 oyun keçirib.

Seçilən
44
arena.az

1Mənbələr