AZ

“ASAN xidmət” BMT də növbəti dəfə təqdim olunub

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sözügedən tədbir BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti, Afrika Qiymətləndirmə Mexanizmi (APRM) və Afrika İctimai İdarəetmə və Menecment Assosiasiyasının (AAPAM) təşkilatçılığı ilə baş tutub. Əsas məqsəd müxtəlif dövlətləri təmsil edən qurumların qlobal səviyyədə dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni bacarıqlar və düşüncə tərzlərinin təşviqinə yönəlmiş təşəbbüslərini önə çıxarmaq, Qlobal Cənub ölkələri arasında təcrübə mübadiləsini gücləndirmək olub. Eləcə də dövlət xidmətlərində bacarıq və düşüncə tərzlərinin inkişaf etdirilməsi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqinə dəstək vermək prioriet təşkil edib. Tədbirdə “ASAN xidmət” təcrübəsi, Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, eləcə də müvafiq sahələr üzrə əldə olunan ən son nailiyyətlər iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin cari ilin iyun ayında “ASAN xidmət”in BMT-nin və Afrika İttifaqının birgə təşkilatçılığı ilə Efiopiyada keçirilmiş “Dövlət Xidmətlərinin Göstərilməsində İnnovasiyalar” mövzusunda Afrika Regional Forumunun əsas nəticələri diqqətə çatdırılıb. Səfər çərçivəsində BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin bölmə rəhbəri ilə görüşdə ötən ilin noyabr ayında imzalanmış Töhfə Sazişinin icrası istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə edilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kabinet işləri nazirinin müavini ilə görüşdə Dövlət Agentliyi ilə BƏƏ-nin müvafiq qurumu arasında həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.AzVision.az

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
13
azvision.az

10Mənbələr