AZ

Ağdamda yanğınlar davam edir - Yenilənib

Ağdam ərazisində qeydə alınan yanğınlar davam edir...

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Abdal və Gülablı kəndi istiqamətində açıq ərazilərdə başlayan yanğın meşə zolağına keçib. Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar helikopterlərin də dəstəyi ilə davam etdirilir.

Səhər saatlarında yanğın baş verən ərazilərdə partlayış səsləri eşidilib.

***

Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.

Poliqon.info 

Seçilən
9
5
poliqon.info

6Mənbələr