AZ

Qırğızıstan Mərkəzi Asiyada su qıtlığı ilə bağlı xəbərarlıq edib

2050-ci ilə qədər Mərkəzi Asiyada su çatışmazlığı 20-30 faizə çata bilər.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstanın Baş naziri Adılbek Kasıməliyev Altayda keçirilən Beynəlxalq Ətraf Mühit Konfransı zamanı iqlim böhranının genişmiqyaslı nəticələrini bəyan edib.

"Yer kürəsində buzlaqların həcmi 16 faiz azalıb ki, bu da son 70 ildə bütün dünyada sel, sürüşmə və təbii fəlakətlərin sayının artmasına səbəb olub. Qlobal istiləşmənin digər nəticəsi su və enerji balansının pozulmasıdır.

Bununla əlaqədar Qırğızıstan iqlimə davamlılığın gücləndirilməsi tədbirlərinə üstünlük verir: 2030-cu ilə qədər respublikanın hakimiyyət orqanları parnik qazlarının emissiyalarını 16 faiz azaltmaq niyyətindədir. Yalnız birlikdə biz gələcək nəsillər üçün ekosistemlərin qorunmasına kömək edən ədalətli və effektiv həllər tapa bilərik", - deyə o bildirib.

 

Gözəl Azadəliyeva

Seçilən
108
operativmedia.az

1Mənbələr