ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Almaniya qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmır və hazırda onun prioriteti İsrail-Fələstin probleminin həlli yolunda irəliləyişə nail olmaqdır.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidmətindən bildirilib.
"İsrailin təhlükəsizliyi Almaniya hökuməti üçün mühüm əhəmiyyət kəsb edir, buna görə də biz qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmırıq", - bəyanatda deyilir.
Bəyanatda o da vurğulanır ki, Fələstin dövlətinin tanınması problemin “iki dövlət prinsipi” əsasında həlli istiqamətində atılacaq son addımlardan yalnız biri olacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.