AZ

Qarabağ cavab oyununda rahatlıqla QALİB GƏLƏCƏK

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

""Qarabağ" komandası bilinirdi ki, rəqib komanda olan "Şelburn"dan (İrlandiya) oyuncu, texniki və təcrübə baxımından qat-qat üstündür. Oyunun gedişidə bunu göstərdi, "Qarabağ" layiqli qalibiyyətlə səfərdən qayıtdı". 

Bu fikirləri News24.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov deyib.

Sabiq məşqçi "Qarabağ"-ın ayın 30-u keçirilən cavab oyununu rahat şəkildə oynayıb, qalibiyyəti qazanacağını vurğulayıb. Onun sözlərinə görə, Çempionlar Liqasının növbəti mərhələsinə çıxmaqda "Qarabağ"da heç bir problem yoxdur.

A. Əsədov "Qarabağ" komandasının gücünün hələ optimal formada olmadığını  da nəzərə çatdırıb:

"Bizdə çempionat hələ başlamayıb, hazırlıq dönəmindəyik. "Qarabağ" komandası ilk oyunlarına çıxır, getdikcə öz gücünü əldə edəcəyinə inanırıq. Həmçinin komandadan gedən və gələn yeni oyunçular var. Bu da zaman tələb edir ki, istədiyimiz "Qarabağ"ı görə bilək". 

Sabiq məşqçi "Qarabağ" komandasının Çempionlar Liqası qrupuna düşəcəyi şansının olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
news24.az

2Mənbələr