AZ

3 “Patriot” təsdiqləndi: ABŞ dan daha 10 ədəd istəyirik!

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ABŞ-dan ona daha on “Patriot” hava hücumundan müdafiə sistemi təqdim etməyi xahiş edib, Kiyev artıq üç belə sistemin tədarükü ilə bağlı müttəfiqlərlə razılığa gəlib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rəsmi olaraq iki sistem üçün Almaniyadan, bir sistem üçün Norveçdən təsdiq aldım. Hazırda Niderlanddan olan tərəfdaşlarla işləyirik”, - o bildirib.

O əlavə edib ki, Ukrayna indi bütün on sistem üçün pul tapmaq üzərində çalışır.

Zelenski həmçinin deyib ki, Kiyev raket məsələsi üzərində işləyir: “Raketlərimiz var”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
axar.az

4Mənbələr