AZ

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Bakı. Trend:

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsisahəsində aparıcı banklardan biri olan, beynəlxalq maliyyəqurumları ilə uğurlu əməkdaşlıqlarını davam etdirən TuranBankİsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance”tərəfindən idarə olunan nüfuzlu “Covid-19 Emerging and FrontierMarkets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu ilə yeni kreditsazişi imzalayıb.

Sazişə əsasən, “Covid-19 Emerging and Frontier Markets MSMESupport Fund SCSp SICAV-RAIF” Fondu tərəfindən TuranBank-a 3 illikmüddətə 5 milyon ABŞ dolları məbləğində yerli valyutada sintetikkredit ayrılıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin vəmaliyyə inklüzivliyinin artırılması istiqamətində olan stratejihədəflərinə uyğun olaraq ölkəmizin, xüsusilə regionlarda kiçik vəorta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıqsubyektlərinin yerli valyutada maliyyə resurslarına çıxışimkanlarını daha da genişləndirəcək və sahibkarlıq mühitinininkişafına töhfə verəcək.

Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 ilərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş,xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyəsektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik vəorta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalqkredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıqəlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB),EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı(BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD),İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB)və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və ortasahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neftsektorunun davamlı inkişafına ciddi dəstək olur.

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Seçilən
51
16
az.trend.az

10Mənbələr