AZ

"Volkswagen"in mənfəəti kəskin şəkildə azalıb

Alman avtomobil istehsalçısı "Volkswagen"in ikinci rüb üzrə mənfəəti 36.3% azalaraq 2.29 milyard avro təşkil edib.

​​​​​​"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Mənfəətin azalmasının əsas səbəbləri arasında "Porsche" və "Audi" brendlərinin satışlarının kəskin düşməsi və ABŞ-nin tətbiq etdiyi yüksək gömrük rüsumları ilə bağlı xərclərin artması göstərilir. Şirkətin əməliyyat mənfəəti də 29% azalaraq 3.83 milyard avro təşkil edib.

Yaranmış vəziyyətlə əlaqədar "Volkswagen" cari il üçün proqnozlarını azaltmaq məcburiyyətində qalıb və xərclərin optimallaşdırılması üçün yeni tədbirlər planı hazırlayır.

​​​​​​"Cebheinfo.az"

Seçilən
24
3
cebheinfo.az

4Mənbələr