AZ

İsrailin Azərbaycandakı səfirinin bu sözləri erməniləri qıcıqlandırdı: Bizi nəzərdə tutur

İsrailin Azərbaycandakı səfiri Corc Dikin mətbuat konfransında dediyi sözlər Ermənistanda qıcıq yaradıb.

Publika.az xəbər verir ki, səfir bildirib ki, “Azərbaycan və İsrail arasında əməkdaşlıq regional gücə çevrilə bilər”.

Onun sözlərinə görə, Azərbaycan çətin qonşuluq şəraitində belə inkişafa nail olmaq şərəfdir.

“Azərbaycan da İsrail kimi çətin qonşuluqda yaşayır”, - diplomat əlavə edib.

Onun u sözlərini ermənilər özlərinə aid ediblər. Erməni mediası yazır ki, səfirin bu epitet çox güman ki, Ermənistana ünvanlanıb. Çünki Ermənistan mahiyyətcə Azərbaycanın münaqişəsi olan yeganə ölkədir.

Seçilən
43
publika.az

1Mənbələr