AZ

Hərbi helikopter itdi – Axtarışlara aviasiya və PUA-lar cəlb olundu

Qazaxıstanın Almatı vilayətində Müdafiə Nazirliyinə məxsus EC-145 tipli hərbi helikopter planlı uçuş zamanı radarlardan itib.

News365.az xəbər verir ki, hadisə barədə ilkin məlumatı “Sputnik Qazaxıstan” öz Telegram kanalında yayıb. Helikopterin qəfil əlaqədən çıxması ölkənin hərbi və fövqəladə xidmətlərini hərəkətə gətirib.

Qazaxıstan Hava Hücumundan Müdafiə Qoşunlarının məlumatına əsasən, axtarış-xilasetmə tədbirlərinə Müdafiə Nazirliyinin əlavə hava vasitələri də cəlb olunub. Helikopterdə 3 nəfərdən ibarət ekipajın olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 100-dən çox canlı qüvvə, 15-ə yaxın texnika, aviasiya və pilotsuz uçuş aparatları göndərib. Hazırda bölgədə genişmiqyaslı axtarış əməliyyatları davam edir.

Hadisənin dəqiq səbəblərini araşdırmaq üçün hökumət tərəfindən xüsusi komissiya yaradılıb və üzvləri hadisə bölgəsinə ezam olunub. İtkin helikopterin tapılması üçün gecə və gündüz axtarışları planlaşdırılır.

News365.az

Seçilən
42
news365.az

1Mənbələr