“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Alfa Konte ilə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı olaraq xitam verilib.
Rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Baş məşqçi Samir Abasovun planlarına daxil olmayan oyunçu bir müddətdir əvəzedici heyətə göndərilmişdi.