AZ

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

BAKI, 25 iyul. TELEQRAF

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı fərman imzalayıb.

Teleqraf xəbər verir ki, Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 milyard 68 milyon 400 min manatdan 1 milyard 153 milyon 400 min manata çatdırılıb. Artım məbləği olan 85 milyon manat2025-ci il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu qərarın icrası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezidentin 2024-cü il 27 dekabr tarixli fərmanında nəzərdə tutulan vəsaitlər çərçivəsində maliyyələşdiriləcək. Müvafiq olaraq, Maliyyə Nazirliyinə bu vəsaitin ayrılması tapşırılıb.

Fond bu fərmandan irəli gələn məsələlərin icrasını təmin edəcək.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr