AZ

Putin-Zelenski görüşü ilə bağlı Kremldən açıqlama: Bunun əksi mümkün deyil

Rusiya və Ukrayna prezidentləri arasında görüşün avqustun sonuna qədər təşkili mümkün deyil.

Publika.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Zirvə görüşü münaqişənin həlli ilə bağlı yekun nöqtəni qoya bilər və qoymalıdır, ekspert işi zamanı əldə olunan modallıqları və razılaşmaları qeyd etməlidir”, - Kreml sözçüsü bildirib.

O vurğulayıb ki, Moskvanın fikrincə, bunun əksi mümkün deyil.

Peskovun sözlərinə görə, belə çətin yolu “30 günə başa çatdırmaq mümkün olmaz”.

Seçilən
20
9
publika.az

10Mənbələr