Çinin Şansi əyalətinin Xianyan şəhərinin Aralıq Xalq Məhkəməsi ölkədə qalmaqal yaradan qətl işi ilə bağlı hadisənin təfərrüatlarını bir ilə yaxın müddətdən sonra ictimaiyyətə açıqlayıb.
Kulis.az xəbər verir ki, 2022-ci ildə müğənni Zhang Yiyang ondan ayrıldığı üçün 16 yaşlı kiçik sevgilisini meşədə bıçaqlayaraq qətlə yetirib və qızın intihar etdiyi illüziyasını yaratmağa çalışıb. Hadisə 26 fevral 2022-ci ildə baş verib.
Hadisədən sonra Zhang Yiyang intihara cəhd etsə də, buna nail ola bilməyib və daha sonra polis tərəfindən saxlanılıb.
Lakin cinayət işinin üstü açılıb və ifaçı qəsdən adam öldürmə ittihamı ilə edam cəzasına məhkum edilib.
Qeyd edək ki, müğənni ötən il dekabr ayının 18-də edam edilib. 7 ay sonra isə bu barədə rəsmi məlumat yayılıb.