AZ

Sabah Abşeron çimərliklərində suyun temperaturu 28 dərəcə olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, iyulun 26-da şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Bizim.Media

Seçilən
72
49
bizim.media

10Mənbələr