Ajans.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərin sualını cavablandırarkən bildirib. "Mən Azərbaycana danışıqların keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkür etmək istəyirəm", - deyə o qeyd edib. "Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas rol oynayıb. Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır", - deyə səfir bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycanın İbrahim sazişlərində, İsrailin digər ölkələrlə vasitəçiliyində və danışıqlarında iştirakı, Bakının regionda inkişaf etdirdiyi nüfuzu və tərəflər arasında münasibətləri yaxşılaşdırdığını simvolizə edir.