“Digital Umbrella” şirkətinin nümayəndələri ilə “CİS və Peyk Tədqiqatı” və “Süni Zəka: Həyatımızın gizli köməkçisi” adlı təlimdə iştirakçılar peyk təsvirləri üzərində işləməyi öyrənib, coğrafi informasiya sistemlərinin real həyatda tətbiqləri ilə tanış olublar. ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə tanınmış estrada ulduzları Elçin Cəfərovun və Çinarə Məlikzadənin konsert proqramları eləcə də aktyorlar İlkin Həsəni, Ramil Babayev və Elşən Orucovla görüş baş tutub. Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr verilib. Sözügedən hədiyyələr “Baku Electronics” MMC-nin nəzdində fəaliyyət göstərən “Təkan Fondu” tərəfindən təqdim edilib. Düşərgə çərçivəsində "AMO Corporate Group"un əməkdaşları da uşaqlarla görüşüb, hədiyyələrini veriblər. Həftə ərzində Əbilşah Məmmədovun doğum günü də qeyd olunub. Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel; Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse; Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Azərbaycan Hava Yolları” QSC, “Digital Umbrella”, “Badamlı Mineral Suları”, Milla, “Leyla Medical Center”; Media dəstəyi: ASAN Radio/TV








