Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzəryanı dövlətləri Xəzərin xilası üçün səyləri əlaqələndirməyə çağırıb.
Axar.az xəbər verir ki, Bektenov bu barədə Altayda keçirilən beynəlxalq ekoloji konfransda deyib.
O bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası müşahidə olunur:
“Bu və digər problemləri öyrənmək üçün Qazax Xəzər Elmi-Tarixi İnstitutu yaradıldı. Təəssüf ki, alimlərin proqnozları məyusedicidir. Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli, əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.