Bakı. Trend:
30 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup2025-ci birinci yarım ili üçün nəticələri açıqlayıb.
Maliyyə hesabatlarına əsasən, bu ilin ilk 6 ayında sığortagəlirlərinin həcmi 9 142 740,12 manat təşkil edərək 2024-cü ilinmüvafiq dövrünü üstələyib.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 7 655 983,13 AZNolmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur. Digər sığorta növləriüzrə daxil olan sığorta haqlarının həcmində də artım var. Bu isəA-Qroup şirkətinin sabit müsbət artım dinamikasını nümayişetdirir.
A-Qroup sığorta şirkəti hər gün etibarlılığını və bağlanmışmüqavilələrin şərtlərinə sadiqliyini sübut edir: 2025-ci birinciyarım ili ərzində A-Qroup-un sığortalıları 5 370 489,61 AZNməbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi könüllü tibbisığortanın payına düşərək 5 022 687 AZN təşkil etmişdir. Ortalamaolaraq A-Qroup 2025-ci ilin altı ay ərzində hər gün müştərilərinətəxminən 30.000 AZN məbləğində ödəniş həyata keçirmişdir.
Şirkət yeni məhsulların inkişafına, müştəri bazasınıngenişləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasınainvestisiya yatırmağa davam edəcək ki, bu da müştərilərin yüksəkgözləntilərinə cavab verərək, şirkətin sənayedə lider mövqeyinimöhkəmləndirəcək.