Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın "Kremlyovskaya Tabakerka" Teleqram kanalı yazıb.
"Bakı ilə Moskva arasında diplomatik münasibətlərin korlanması fonunda heç kim belə bir addımı başa düşmür. Baxmayaraq ki, bəziləri Qusmandan Əliyevə mühüm mesajı çatdırmaq üçün elçi kimi istifadə edildiyi barədə söz-söhbətlər yayırdı. Bu versiyanı İlham Əliyevin Amur vilayətində An-24 təyyarəsinin qəzaya uğraması ilə bağlı Vladimir Putinə başsağlığı verməsi də təsdiq edir. Əliyevin qismən geri çəkilməsinə baxmayaraq, Qusman vəzifəsiz qaldı. Və bəzi mənbələrə görə, Azərbaycan səfərinin ikinci görkəmli iştirakçısı da cəzalandırılacaq. Sergey Markov ümid edir ki, o, bundan qurtula biləcək. Amma yox. Onun arxasında duran yüksək vəzifəli şəxslər də kömək etməyəcəklər", - kanal yazıb.