AZ

Rusiyanın Amur vilayətində qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapılıb

Rusiyanın Amur vilayətində “An-24” təyyarəsinin qəzaya uğradığı yerdə qara qutular aşkar edilib...

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Qəza yerində qara qutular aşkar edilib, yaxın vaxtlarda onlar deşifrə üçün Moskvaya çatdırılacaq", - nazirliyin məlumatında bildirilib.

Vilayətdə üçgünlük matəm elan edilib.

Qeyd edək ki, Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edən təyyarədə 42 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Poliqon.info 

Seçilən
15
2
poliqon.info

3Mənbələr