AZ

Almaniya Avropada ən güclü ordu yaradır | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinaad edən Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin yazdığına görə, Almaniya hökuməti 2031-ci ilə qədər hər il 40 minə qədər ehtiyatda olan vətəndaşı hərbi qulluğa cəlb etmək niyyətindədir.

“Nazirlər Kabinetinin müvafiq qanun layihəsini avqustun sonunda təqdim edəcəyi gözlənilir. Sənədə əsasən, könüllülər hərbi təlim keçdikləri üçün 2 min avro məbləğində təzminat alacaqlar və o, başa çatdıqdan sonra avtomatik şəkildə ehtiyatda olan mükəlləfiyyətçilər sırasına yazılacaqlar”, - xəbər də deyilir.

Gələcəkdə ehtiyatda olan hərbçilərə hərbi hazırlıqla yanaşı, dil kursları və sürücülük vəsiqəsi almaq imkanı da təklif olunacaq. İlkin təlim müddəti altı ay təşkil edəcək, arzu olunarsa, müddətin uzadılması da mümkündür.

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
Artıq 2025-ci ildə təxminən 15 min ehtiyatda olan əsgərin cəlb edilməsi, sonrakı illərdə isə işə qəbulun hər il 3-5 min nəfər artırılması planlaşdırılır.

- Hakimiyyət ümidlidir ki, təlimi başa vuranların əhəmiyyətli bir hissəsi orduda peşəkar əsaslarla xidmətini davam etdirmək arzusunu bildirəcək. Hazırda Almaniyada peşəkar hərbçilərin sayı 182 min nəfərə yaxındır və gələcəkdə Berlin bu rəqəmi 260 minə çatdırmağı planlaşdırır”, - qəzet vurğulayır.

Müqayisə üçün qeyd edək ki,Fransa ehtiyatda olan əsgərlərin sayını 40-dan 100 minə çatdırmaq niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl Almainya Silahlı qüvvələrinin (Bundesver) baş müfəttişi Karsten Broyer Almaniyanın həm aktiv, həm də ehtiyatda olan qoşunların ümumi sayını 460 min nəfərə çatdırmalı olduğunu israr etmişdi.


Sahil İsgəndərov
AzVision.az


Seçilən
7
4
azvision.az

3Mənbələr