AZ

Xorvatiya klubuna keçən azərbaycanlı: Bura gəlmək mənim üçün vacib qərar oldu – AÇIQLAMA

Bakı, 25 iyul, AZƏRTAC

Xorvatiyanın “Varajdin” klubuna transferim mənim üçün vacib bir qərar oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiyanın “Varajdin” klubuna keçən azərbaycanlı futbolçu Rüfət Abdulluzadə deyib.

O, legioner həyatı yaşayacağı üçün xoşbəxt olduğunu bildirib.

“Klubda ilk gündən çox isti qarşılandım və həm rəhbərlik, həm də komanda yoldaşlarım tərəfindən böyük dəstək gördüm. Məşqlər çox intensiv keçir. Temp yüksək səviyyədədir. Bu da məndən tam gücümü ortaya qoymağı tələb edir. Hazırda fərdi məşq proqramı ilə çalışıram və yaxın 1 ay ərzində komandanın tempinə tam uyğunlaşacağımı düşünürəm. Rəhbərlik çox açıq və futbolçularla daim əlaqədədir, bu da uyğunlaşmanı asanlaşdırır. Sağ cinahda oynamağım planlaşdırılır, amma mövqeyim məşqçilərin qərarına uyğun olaraq dəyişə bilər. Şəhər kiçik, amma çox mehribandır. Bu sakitlik və rahatlıq mənim tam şəkildə futbola fokuslanmağım üçün idealdır. Əsas məqsədim komandaya faydalı olmaq, sabit çıxış etmək və hər oyunda özümü daha da göstərməkdir”, - deyə Rüfət Abdulluzadə vurğulayıb.

Qeyd edək ki, Rüfət Abdulluzadə “Varajdin” klubu ilə 3 illik müqavilə imzalayıb.

Seçilən
53
2
azertag.az

3Mənbələr