Bakı.Trend:
Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən50 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. Buistiqamətdə irəliləyişi davam etdirmək üçün səylərimiz ardıcılşəkildə həyata keçirilir. Enerji keçidinin uğuru təkcətexnologiyadan deyil, həm də bu texnologiyalara imkan verənstrateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyatişləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgəreallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsbedir.
Trend xəbərverir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbiisərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərindəkeçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsasmetallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenikqurşağında yerləşir:
"Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir vəaparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanmasıtəəccüblü deyil.
Əminəm ki, birgə səylərimiz həm bizim, həm də siz – qardaş vəbacılarımız üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkədə ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq.Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isəqazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək.
Bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həmnazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi vəinstitusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyükönəm verirəm. Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr həriki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalıqazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyətdaşıyır".