AZ

Bu ölkədə məktəbdə faciə - Ölənlər var 

Hindistanın qərbində yerləşən Racastan ştatında məktəb binasının köhnə damı uçub.

Referans xəbər verir ki, hadisə nəticəsində azı 4 uşaq həyatını itirib, 17 nəfər yaralanıb, dağıntılar altında hələ də onlarla insanın qaldığı bildirilir.

Dam örtüyünün uçmasına bölgədə yağan güclü yağış səbəb ola bilər.

Racastan ştatının təhsil naziri Madan Dilavar AajTak kanalına açıqlamasında hadisənin səhər baş verdiyini və xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. Yerli polis yaralananların bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Seçilən
101
1
referans.az

10Mənbələr