AZ

Azərbaycanda hansı şəhər “Sağlam Şəhər” ola bilər? – Hande Harmancıdan AÇIQLAMA

Hazırda Azərbaycanda “Sağlam Şəhərlər” təşəbbüsünə uyğun olaraq ilkin müzakirələr aparılır.

Hansı şəhərin bu meyarlara daha yaxın olduğunu söyləmək üçün geniş ictimai səhiyyə profili hazırlanmalıdır. Amma onu deyə bilərəm ki, sağlam şəhər anlayışı bir binanın və ya bir layihənin deyil, səhiyyədən tutmuş şəhərsalmaya, nəqliyyatdan təhsilə qədər bütün şəhər həyatının sağlamlıq prizmasından yenidən düşünülməsi deməkdir.

Bunu Bizim.Media-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının “Sağlam Şəhərlər” təşəbbüsü artıq 30 ildən çoxdur ki, dünyada tətbiq olunur:

“Bu müddət ərzində şəhərlərin sağlamlıq, rifah və sosial ədalət prinsiplərinə əsaslanan şəkildə inkişafını dəstəkləyən bir hərəkat kimi formalaşıb. Bu yanaşmaya görə, sağlam şəhər bir nəticə deyil, prosesdir. Yəni şəhər öz sosial və fiziki mühitini, xidmətlərini və resurslarını elə təşkil etməlidir ki, burada yaşayan insanların sağlamlığını və həyat keyfiyyətini dəstəkləsin və yaxşılaşdırsın”.

Sağlam şəhər kriteriyalarına gəldikdə isə müsahibimiz hansı şəhərlərin sağlam şəhər adlana biləcəyinə aydınlıq gətirib:

Sağlam şəhər dedikdə biz o şəhərləri nəzərdə tuturuq ki, orada sağlamlıq və rifah yerli siyasətlərin və strategiyaların mərkəzindədir, sanitar-gigiyenik ehtiyaclar qarşılanır, ətraf mühit insan sağlamlığını dəstəkləyir, səhiyyə xidmətlərinə çıxış təmin olunur, sosial ədalət, gender bərabərliyi və davamlı inkişaf prinsipləri əsas tutulur, şəhər əhalisi qərarvermə proseslərinə cəlb olunur”.

Günay Şahmar, Bizim.Media

Seçilən
39
bizim.media

1Mənbələr