Bakı. Trend:
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyəyazılma prosesinə start verilib.
Bu barədə Trend-ə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, valideynlər elektron qaydada növbə yaradabilərlər.
2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat11:00-da 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isənövbələr saat 15:00-da aktiv olacaq.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbəyaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsiniseçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuyaçevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək.Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə)7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdimetməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqauşağın qəbulu aparılacaq.
Qeyd edək ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinəuşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.
Xatırladaq ki, qəbul sistemində ötən tədris ilində yaradılmışnövbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavəedilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.