AZ

İran və "Avropa üçlüyü" arasında danışıqlar başladı

İstanbulda İran və "Avropa üçlüyü" (Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı ətrafında yaranmış böhranın həllinə dair danışıqların yeni raundu keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Qeyd olunur ki, görüş İstanbuldakı İran konsulluğunun binasında baş tutur.

Bundan əvvəl İranla nüvə sazişində iştirak edən Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazir müavinləri mayın 16-da İstanbulda görüş keçiriblər.
Seçilən
87
1
sherg.az

5Mənbələr