AZ

İsrail və Suriya son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar apardılar

İsrail və Suriya arasında son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar baş tutub.

Redaktor.az-ın "Axios" portalına istinadən verdiyi məlumata görə, görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə reallaşıb.

Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər.

Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub. Tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

Seçilən
112
4
redaktor.az

10Mənbələr