AZ

Yüksək maliyyə nəticələri “Norm” ASC-nin strateji inkişafını dəstəkləyir

“Norm” ASC 2024-cü ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib. Hesabata əsasən, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, “Norm”da satış gəliri 13 % artaraq 256 milyon manat təşkil edib, ümumi gəlir isə 18,8 % artaraq 130 milyon manata çatıb. Əməliyyat mənfəəti 18 milyon manat, yəni 28,2 % artaraq, 81,5 milyon manata, vergidən əvvəlki mənfəət isə 15,9 % artaraq 77,43 milyon manat olub.

“Norm”un Maliyyə və strategiya üzrə baş icraçı direktor müavini Elvin Mirzəyev bildirib ki, 2024-cü ildə uğurlu idarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, “Norm” ötən il yüksək məbləğdə - 19,2 milyon manatdan çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyicilərindən biri olub.

Şirkətin Baş icraçı direktoru Henning Sasse “Norm”un sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrə əsaslanaraq, hazırda tikinti materialları seqmentində genişlənmə strategiyasını uğurla həyata keçiririk. Bu ilin may ayından şirkətimiz sement əsaslı quru qarışıqlar üzrə yeni məhsullarını "Storm" brendi ilə bazara təqdim edib. Biz inanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənmə şirkətin fəaliyyət göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaat sektorunun dayanıqlı inkişafına da töhfə verəcək.

Seçilən
64
19
publika.az

10Mənbələr