İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Mia.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə təsadüf edir. Elə builki festivalda da dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunur.