AZ

100 min insan Tailandın Kamboca ilə sərhədindəki ərazilərini tərk edib

100 mindən çox insan Tailandın Kamboca ilə sərhəddə yerləşən əyalətlərini tərk edib...

Poliqon xəbər verir ki, bu barədə Bangkok Post qəzeti krallığın Daxili İşlər Nazirliyinə istinadən yazıb.

"Tailandın Daxili İşlər Nazirliyi dörd sərhəd əyalətindən 100 mindən çox insanın 300-ə yaxın müvəqqəti yaşayış məntəqəsinə köçürüldüyünü bildirdi", deyə məqalədə qeyd edilir.

İyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədindəki mübahisəli ərazidə iki ölkənin quru qoşunları arasında atışmalar başlayıb. Banqkok Phnom Penh-i münaqişəni gərginləşdirməkdə günahlandırıb və daha sonra Krallığın Hərbi Hava Qüvvələri qonşu ştatdakı hədəflərə zərbələr endirib. Tailand hərbi komandanlığı Kambocaya qarşı əməliyyata başladığını elan edib.

Poliqon.info

 

Seçilən
61
9
poliqon.info

10Mənbələr