AZ

Tramp yaxın günlərdə Aİ ilə ticarət müqaviləsi bağlayıb-bağlamayacağını elan edəcək

BAKI, TurkicWorld

ABŞ-nin prezidenti Donald Tramp yaxın günlərdə Avropa İttifaqı ilə yeni ticarət sazişi bağlayıb-bağlamayacağını elan edə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə "Politico" avropalı diplomatlara istinadən məlumat yayıb.

Diplomatların bildirdiyinə görə, eyni zamanda, yaxın bir neçə gün ərzində Trampın gələn həftədən etibarən tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük rüsumunun aqibətinə aydınlıq gələcək.

Xatırladaq ki, Tramp avqustun 1-dən etibarən Avropa İttifaqından idxal olunan bütün məhsullara 30 faizlik idxal rüsumunun tətbiq olunacağını elan edib. Hazırda ABŞ yalnız Avropa poladı, alüminiumu və avtomobillərinə 10 faizlik rüsum tətbiq edir.

Seçilən
9
1
turkic.world

2Mənbələr